Didye Deşamdan daha 2 illik müqavilə
07.01.2023 - 14:57

Fransa milli komandasının baş məşqçisi Didye Deşamla müqavilənin müddəti artırılıb.
Apasport.az saytı xəbər verir ki, Fransa Futbol Federasiyası 2024-cü ildə bitəcək razılaşmanın müddətini daha iki il uzadıb.
Bununla da 54 yaşlı mütəxəssis daha bir dünya çempionatında iştirak etmək şansı qazanıb.
Qeyd edək ki, 2012-ci ildən millinin “sükanı arxasında” olan Deşam 2018-ci ildə dünya çempionu tituluna sahib çıxıb. AVRO-2016 və DÇ-2022-də isə “xoruzlar” yalnız finalda məğlub olaraq ikinci olublar.
- Ayxan Abbasov: "Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi"
- Azərbaycanın Macarıstandakı səfiri millimizin üzvləri ilə görüşüb
- "Neftçi" "Sərhədçi"yə qarşı
- Güləşçimiz yapona qalib gəlib dünya çempionu oldu
- İrəvanda mükafat qazanan idmançı: “Hər iki ölkəni çox yaxşı təmsil etdiyimizi düşünürəm”
0
0