“Dortmund”da ciddi itki - KAPİTAN mövsümü erkən başa vurdu
02.03.2026 - 19:33
"Borussiya Dortmund"un heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın kapitanı Emre Can sıradan çıxıb.
Almaniya millisinin sabiq üzvü Bundesliqanın 24-cü turunun "Bavariya" ilə oyununda (2:3) zədələnib.
Sol dizinin çarpaz bağları qopan 30 yaşlı yarımmüdafiəçi mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Borussiya" Emre Canı 2020-ci ilin yayında "Yuventus"dan 25 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol vurub.
- "Siti" "Bavariya"nı böyük hesabla yendi, "İnter" Lissabonda qələbəyə sevindi
- Saşa Yunisoğlu: "Fernandu Santuş bizə yenilik gətirə bilər" - Müsahibə
- 5 boksçumuz Millətlər kubokunda medalı təmin etdi
- "Karvan-Yevlax" - "Kəpəz" görüşünün baş hakimi dəyişib
- Azərbaycan çempionatında növbəti turun proqramı açıqlanıb
0
0