Dris Mertens karyerasını başa vurdu
23.06.2025 - 10:53
"Qalatasaray"ın sabiq yarımmüdafiəçisi Dris Mertensin taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, peşəkar futbolçu karyerasını başa vurub.
Bunu belçikalı oyunçunun özü açıqlayıb.
Həmçinin 38 yaşlı Mertens "Napoli"dəki keçmiş komanda yoldaşı Marek Hamşikin vida matçında çıxış edəcəyini bildirib.
O, Neapol klubu ilə iki dəfə ölkə kubokunu, bir dəfə isə İtaliya superkubokunu qazanıb. Mertens son üç mövsümü "Qalatasaray"ın heyətində keçirib.
Dris İstanbul təmsilçisi ilə ardıcıl 3 çempionluq yaşayıb, Türkiyə kubokunun və superkubokun qalibi olub.
- AFFA-nın vitse-prezidenti İspaniya millisinin oyununa təyinat alıb
- Azərbaycan idmanında ilk: Şuşa klubu avrokuboklarda oynayacaq - EKSKLÜZİV
- “Sabah”ın sabiq məşqçisinin Azərbaycandan çıxışına “stop” qoyuldu
- "Qarabağ" 3 xalı 3 qolla qazandı - VİDEO
- "Qalatasaray" - "Fənərbaxça" matçının hakimi bəlli oldu
0
0