“Mançester Yunayted”in əfsanəvi futbolçusu Roy Kin yenidən baş məşqçi kimi fəaliyyət göstərə bilər.
Apasport.az saytının məlumatına görə, irlandiyalı mütəxəssisin İngiltərə Çempionşipində çalışmaq variantı yaranıb.
Mövsümə uğursuz start götürən və Stiv Bryusla yollarını ayıran “Vest Bromviç” yeni baş məşqçi axtarır. Bu posta əsas namizəd də məhz Roy Kindir. Onun son iş yeri 2019-cu ildə “Nottingem Forest” olub. 51 yaşlı məşqçi həmin vaxt köməkçi kimi çalışıb.
Qeyd edək ki, 2006-2008-ci illərdə “Sanderlend”, 2009-2011-ci illərdə isə “İpsviç”i çalışdıran Roy Kin həmin vaxtdan sonra yalnız köməkçi qismində işləyib.
- APA Jurnalist Məktəbi növbəti təlimlərə qəbul elan edir
- Millimiz 108 xal fərqi ilə məğlub oldu
- "Yuventus" Rabyonu satmağa hazırdır: qiymət qoydu
- Saşa Yunisoğlu: “Rahil fiziki göstəricilərinə görə Polşaya uyğundur” - Müsahibə
- Yusif Nəbiyev: "Yığmanın bu durumunda bütün azərbaycanlı futbolçuların günahı var"