Səudiyyə Ərəbistanı klubları Məhəmməd Salahdan gözünü çəkmək istəmir.
Apasport.az xəbər verir ki, ərəblər yayda misirli hücumçunu ölkələrinə gətirməkdə qərarlıdırlar.
Bu ilin əvvəlində “Əl İttihad”ın 200 milyon funt sterlinqlik təklifinin rədd edilməsinə baxmayaraq, yarımada komandaları Mersisayd təmsilçisi ilə danışıqları davam etdirirlər. Onlar təklif olunan məbləği artıracaqları halda mövsümün sonunda Misir millisinin 31 yaşlı kapitanını alacaqlarına inanırlar. Hələlik “Liverpul”un yeni təklifə nə cavab verəcəyi bəlli deyil
Qeyd edək ki, Salahın ingilislərlə müqaviləsi 2025-ci ildə başa çatır. Bu mövsüm 22 qarşılaşmada forma geyinən futbolçu 14 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- Qismət Alıyev: "Araz-Naxçıvan" və "Turan Tovuz"un ilk "3-lük"də olması təsadüf deyil"
- Topuriyanı taxtdan salan adam: Castin Qetji Ağ Evdə çempion!
- “Neftçi” Futbol Məktəbinin yeni filialı açıldı - FOTOLENT
- "Kəpəz" ilk oyununu Bakıda keçirə bilər - SƏBƏB
- Millimiz yenidən Avstriyaya böyük hesabla uduzdu - YENİLƏNİB