!["Əl-Nəsr" "Mançester Siti"nin ulduzu ilə anlaşıb](https://ww3.apasport.az/storage/news/2024/july/04/big/668630a18847b668630a18847c1720070305668630a188478668630a18847a.jpg)
Premyer Liqa nəhənglərindən "Mançester Siti"nin qapıçısı Ederson karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə hazırdır.
Apasport.az xəbər verir ki, braziliyalı artıq "Əl-Nəsr"in təklifi ilə razılaşıb.
Səudiyyə nəhəngi yaxın vaxtlarda "Mançester Siti" ilə transferin şərtləri ilə bağlı rəsmi danışıqlara başlayacaq.
Daha əvvəl mətbuatda çıxan məlumatlara görə , "Əl-Nəsr" 30 yaşlı “Siti”nin qapıçısına illik 30 milyon avro maaş təklif edib. Edersonun "Mançester Siti" ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. "Transfermarkt" portalı braziliyalı qolkiperin qiymətini 35 milyon avro olaraq qiymətləndirib.