![“Əl-Nəsr”in De Bryune planı](https://ww3.apasport.az/storage/news/2023/october/25/big/65383211d8f5b65383211d8f5c169818164965383211d8f5965383211d8f5a.jpg)
“Əl-Nəsr” Avropadan daha bir ulduzu komandaya cəlb etmək istəyir.
Apasport.az-ın məlumatına görə, ərəblər Kevin De Bryune ilə bağlı böyük plan hazırlayıblar.
Klubin təmsilçiləri belçikalı futbolçunun meneceri ilə ilk əlaqəni qurublar. “Əl-Nəsr” Kevinə uzun müddətli əməkdaşlıq strategiyası təklif edib. “Mançester Siti” 2025-ci ilin yayınadək müqaviləsi olan 32 yaşlı yarımmüdafiəçi ilə yeni danışıqlara start verməyib. De Bryunenin zədələnməsi mançesterliləri gözləməsinə səbəb olub.
Qeyd edək ki, “Əl-Nəsr” Kriştiano Ronaldo, Sadio Manee, Emerik Laport və Aleks Telles kimi futbolçuları heyətinə cəlb edib.