Emre Mor "Fənərbaxça"dan ayrılmaq istəyir
18.01.2024 - 15:26
![Emre Mor "Fənərbaxça"dan ayrılmaq istəyir](https://ww3.apasport.az/storage/news/2024/january/18/big/65a9079bb8de365a9079bb8de4170557634765a9079bb8de165a9079bb8de2.jpg)
Emre Morun meneceri Nima Modur "Fənərbaxça" ilə futbolçunun transferini yekunlaşdırmaq üçün İstanbula gəlib.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyənin məşhur idman jurnalisti Yağız Sabuncuoğlu deyib.
26 yaşlı futbolçu "sarı-lacivərdlilər"dən ayrılaraq daha çox oynaya biləcəyi komandaya qatılmaq istəyir.
Qeyd edək ki, futbolçunun transferinə ən yaxın namizəd "Başakşehir"dir.
0
0