"Eyüpspor" Lanzini ilə danışıqlara başlayıb
26.04.2024 - 15:21
Yeni mövsümdə Super Liqada mübarizə aparacaq "Eyüpspor" ilk ulduz transferi üçün hərəkətə keçib.
Apasport.az xəbər verir ki, klub Manuel Lanzini ilə danışıqlara başlayıb.
Danışıqlar istənilən səviyyəyə çatsa, İstanbul komandası argentinalı ulduzla müqavilə imzalayacaq.
7 illik "Vest Hem" macərasından sonra "River Plate"ə qayıdan Manuel Lanzininin müqaviləsi mövsümün sonunda başa çatacaq.
Bu mövsüm 5 matçda meydana çıxan Lanzini 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ayxan Abbasovun müqavilə imzalayacağı tarix açıqlandı
- Braziliya millisinin üzvü karyerasını vətənində davam etdirəcək
- Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
- “Turan Tovuz”un kapitanı: “Ona imkan versən, dərhal cəzalandıracaq” - MÜSAHİBƏ
- Acun Ilıcalı açıqladı: "Demək olar ki, anlaşmışıq"
0
0