“Fənərbaxça” Livakoviçi rəsmiləşdirdi
25.08.2023 - 20:37
![“Fənərbaxça” Livakoviçi rəsmiləşdirdi](https://ww3.apasport.az/storage/news/2023/august/25/big/64e8cce277fb264e8cce277fb3169297840264e8cce277fb064e8cce277fb1.jpg)
“Fənərbaxça” qapıçı Dominik Livakoviçin transferini rəsmiləşdirib.
Apasport.az saytı xəbər verir ki, 5 illik müqavilə imzalayıb.
Zaqreb “Dinamo”sundan gələn qapıçı üçün 6,65 milyon avro ödənilib. İstanbul təmsilçisi 950 milyon avro bonus şəklində ödəniş edəcək. Dominikin “Dinamo” ilə 2024-cü ilin yayınadək müqaviləsi var idi.
Qeyd edək ki, Livakoviç bu mövsümdə “Dinamo”nun heyətində 7 oyun keçirib. Zaqreb klubu Çempionlar Liqasında mübarizə dayandırdıqdan sonra qapıçı komandanı tərk etməyə qərar verib.
0
0