“Fənərbaxça” Muriqinin keçidini həll edib
19.06.2026 - 00:03
Yeni mövsüm üçün hazırlığını davam etdirən "Fənərbaxça" ilk transferini həyata keçirib.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi "Malyorka"da çıxış edən Vedat Muriqinin keçidini həll edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı hücumçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu gecə İstanbula gəlib.
Qeyd edək ki, Vedat Muriqi 2025/26 mövsümündə “Malyorka”nın heyətində İspaniya La Liqasında keçirdiyi 37 oyunda 23 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kosovolu hücumçu 2019/20 mövsümündə “Fənərbaxça”nın formasını geyinib.
0
0