“Fənərbaxça”dan 12 il sonra gələn rekord
30.10.2023 - 13:13

“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal 11 oyunluq ardıcıl qələbə seriyası əldə edərək yeni rekordun mütləq sahibi olub.
Apasport.az xəbər verir ki, 62 yaşlı çalışdırıcı daha öncə Aykut Kocamana məxsus olan 2010-2011 mövsümündəki 10 oyunluq qələbə seriyasını yeniləyib. “Sarı-lacivərdlilər”in səfərdə “Pendikspor” üzərində 0:5 hesablı qələbəsindən sonra Kartal bu rekordu qırmağa nail olub.
Qeyd edək ki, klub bu sezon türkiyəli mütəxəssisin rəhbərliyi altında Super Liqada çıxdığı bütün oyunlardan qalib ayrılaraq maksimal nəticə göstərib.
- Kosta Braziliya klubunu tərk etdi
- Azərbaycan millisinin rəqibləri müəyyənləşdi – AVRO-2024-də
- "Şamaxı"nın qapıçısı: "Fernandu Santuş Azərbaycan xalqını sevindirəcək, səbirli olmaq lazımdır"
- "Neftçi"nin istədiyi sabiq "Sumqayıt"lı Meksika klubunda
- Rəşad Sadıqov: "Qarabağın qələbəsi bizə motivasiya ola bilər "
0
0