Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
18.11.2024 - 15:22
![Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb](https://ww3.apasport.az/storage/news/2024/november/18/big/673b2339ca734673b2339ca7351731928889673b2339ca732673b2339ca733.jpg)
"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur İngiltərə Futbol Federasiyası tərəfindən 7 oyunluq cəzalanıb.
Apasport.az xəbər verir ki, buna səbəb Bentankurun komanda yoldaşı Heunq-min Sona qarşı irqçilik etməsi olub.
Uruqvayda televiziya proqramında çıxış edən Bentankur Son haqqında danışarkən "koreyalıların hamısı bir-birinə bənzəyir" deyə komanda yoldaşını təhqir edib.
27 yaşlı futbolçu daha sonra sosial media hesabında üzr istəyib və ifadələrinin "çox pis zarafat" olduğunu qeyd edib.
0
0