“Fənərbaxça”dan transfer bombası: HƏDƏFDƏ LUKAKUDUR
02.04.2026 - 22:28
"Fənərbaxça" heyətini daha bir ulduz futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub Romelu Lukaku ilə yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Sarı-lacivərdlilər" "Napoli"nin hücumçusunu rənglərinə bağlamağı ciddi şəkildə nəzərdən keçirir. Komandanın baş məşqçisi Domeniko Tedesko daha öncə çalışdırdığı futbolçu ilə yenidən bir araya gəlmək niyyətindədir.
Lukakunun "Napoli"də qalmağı planlaşdırdığı bildirilir. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
0
0