!["Fənərbaxça"nın italiyalı müdafiəçisi karyerasını bitirdi](https://ww3.apasport.az/storage/news/2024/may/27/big/665432f4e0d0b665432f4e0d0c1716794100665432f4e0d09665432f4e0d0a.jpeg)
Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın mərkəz müdafiəçisi Leonardo Bonuççi karyerasını başa çatdırıb.
Apasport.az xəbər verir ki, italiyalı futbolçu ötən gün "Fənərbaxça"nın heyətində karyerasının son matçına çıxıb.
"Sarı-lacivərdli"lərin qışda heyətinə qatdığı italyan futbolçu "İstanbulspor"la matçdan öncə peşəkar futbol keryerasını sonlandıracağını söyləyib:
"Bu gözəl ailənin bir parçası olmaq mənim üçün xoş idi. Meydanda və meydandan kənarda özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım. Hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, 37 yaşlı müdafiəçi 7 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.