Voleybolçularımız Ermənistan təmsilçilərini məğlub ediblər
27.09.2024 - 13:31
Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər.
Apasport.az xəbər verir ki, Gürcüstanın Tbilisi şəhərində təşkil olunan çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət komandamız bu gün ilk oyununu keçirib.
Komandamızın rəqibi Ermənistan təmsilçisi olub. Heydər Məmmədli/Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan komandasının növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.
- "Milan" argentinalı müdafiəçi ilə maraqlanır
- "Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı oyunlarına hakim təyinatları açıqlanıb
- Braziliya millisinin üzvü "Mançester Siti"yə keçir
- “Fənərbaxça”nın prezidenti və futbolçuları İntizam Komitəsinə göndərilib
- Qazaxıstanın baş məşqçisi: "Azərbaycanı güclü rəqib kimi tanıyırıq"
0
0