![Ferqyuson dünyanın ən yaxşı məşqçisi seçildi](https://ww3.apasport.az/storage/news/2023/march/10/big/640a4a7c5ce92640a4a7c5ce931678396028640a4a7c5ce90640a4a7c5ce91.jpg)
Aleks Ferqyuson 1996-cı ildən bəri Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilir.
Apasport.az xəbər verir ki, IFFHS öz seçimini 1990-cı illərin ortalarından bəri tərtib etdiyi ilin ən yaxşı məşqçiləri siyahısına əsaslandırıb.
Ballar aşağıdakı kimi verilib: əgər hansısa ildə mütəxəssis reytinqdə 1-ci yeri tutubsa, ona 20 xal, 2-ci olubsa, 19 və s.
1996-cı ildən bəri dünyanın ən yaxşı 15 məşqçisi aşağıdakılardır:
1. Aleks Ferqyuson – 257 xal
2. Juze Mourinyu – 242
3. Xosep Qvardiola – 221
4. Arsen Venqer – 211
5. Yoaxim Löv – 200
6. Karlo Ançelotti – 189
7. Visente Del Boske – 175
8. Dieqo Simeone – 168
9. Marçello Lippi – 156
10. Didye Deşam – 164
11. Luis Felipe Skolari – 151
12. Xus Hidink – 145
13. Marselo Byelsa – 145
14. Otmar Hitsfeld – 134
15. Yürqen Klopp – 127