“Feyenoord”dan qırılması mümkünsüz ANTİREKORD
30.01.2025 - 19:56
![“Feyenoord”dan qırılması mümkünsüz ANTİREKORD](https://ww3.apasport.az/storage/news/2025/january/30/big/679b9d8694153679b9d86941541738251654679b9d8694151679b9d8694152.jpeg)
Dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, məhsuldar keçən qarşılaşmalardan biri olan “Feyenoord” – “Lill” matçında turnir tarixində bir ilk yaşanıb.
Belə ki, “Feyenoord” Çempionlar Liqası tarixində bir matçda üç avtoqol vuran ilk komanda, Gernot Trauner isə öz qapısına 2 dəfə yol tapan ilk oyunçu olub.
Qeyd edək ki, görüş “Lill”in 6:1 hesablı qələbəsi ilə nəticələnib.
0
0