Almaniya Futbol Federasiyası yığmanın baş məşqçisi Hans-Diter Flikin fəaliyyətindən narazıdır.
Apasport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis payızda vəzifəsindən qovula bilər.
Avropa çempionatına ev sahibliyi edəcək Almaniya seçmə mərhələsindən azaddır. Yoldaşlıq oyunlarda qüvvəsini sınayan bundestim uğursuz nəticələrlə yadda qalıb. Son 4 oyunun yalnız bir heç-heçəyə nail olan komandanın baş məşqçisi istefaya göndərilə bilər. Federasiya rəhbərliyi sentyabrda Yaponiya və Fransa yığmaları ilə oyundan sonra Flik barədə qərar verəcək.
Qeyd edək ki, Yulian Nagelsmann, Oliver Qlasner baş məşqçini əvəz etməyə namizəd göstərilir.
- “Beşiktaş”dan dünya çempionuna maraq – Təklif göndəriləcək
- Millimiz çövkən üzrə dünya çempionatına uğurla başlayıb
- Avropa Oyunlarında iştirak edən Azərbaycan yığması vətənə qayıdıb - FOTO
- Vasili Berezutski Kimdir? "Sabah"ın Yeni Baş Məşqçisinin Həyat Yolu
- Yuri Vernidub: “Onun çox gözəl gələcəyi var”