Fofana Fransaya qayıtdı
01.01.2025 - 22:57
![Fofana Fransaya qayıtdı](https://ww3.apasport.az/storage/news/2025/january/01/big/67759051064dd67759051064de173575790567759051064d567759051064dc.jpg)
“Əl-Nəsr”in futbolçusu Seko Fofana komandanı tərk edib.
Apasport.az xəbər verir ki, o, karyerasını Liqa1-də davam etdirəcək.
Yarımmüdafiəçi “Renn”ə keçib. Fransa klubu 29 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Fil Dişi Sahilindən olan Fofana 2023-cü ildə “Lans”dan “Əl-Nəsr”ə keçmişdi.
Qeyd edək ki, Fofana Asiya klubunda 19 oyunda 2 qol və 1 assistə imza atıb.
0
0