![Futbol Federasiyasına korrupsiya basqını](https://ww3.apasport.az/storage/news/2024/march/21/big/65fbe6eb15d1365fbe6eb15d14171100746765fbe6eb15d1165fbe6eb15d12.jpg)
Jandarma Mərkəzi Əməliyyatlar Bölməsi (UCO) korrupsiya araşdırması çərçivəsində İspaniya Futbol Federasiyasına (RFEF) basqın edib.
Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın rəsmi xəbər agentliyi "EFE" məlumat yayıb.
Madridin 4 saylı Majadahonda Birinci İnstansiya Mülki Məhkəməsində başladılan istintaqın, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun göstərişi ilə UCO-ya bağlı qrupların bu səhər RFEF-də axtarış apardığı məlum olub.
Ölkə mətbuatında yer alan iddialarda, müxtəlif dövlət qurumları və özəl qurumlarla bağlanmış müqavilələrdə korrupsiya və çirkli pulların yuyulması ilə bağlı iddiaların son 5 ili (2018-2023) əhatə edən RFİF-in keçmiş rəhbərliyinin apardığı inzibati işlərlə bağlı olduğu bildirilib.