“Hull Siti”nin finaldakı rəqibi bəlli oldu - “Sauthempton” cəzalandırıldı
19.05.2026 - 22:33
“Hull Siti”nin finaldakı rəqibi bəlli oldu - “Sauthempton” cəzalandırıldı

İngiltərə Futbol Liqası (EFL) Çempionşip pley-offunun finalında “Sauthempton”un əvəzinə “Midlsbro”nun çıxış edəcəyini açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Sauthempton” yarımfinal matçından öncə rəqibin məşqini icazəsiz izləyib və bu prosesi qeydə alıb. Klub EFL-in nizamnaməsini bir neçə dəfə pozduğunu etiraf etdiyindən, rəhbərlik bu qərarı qəbul edib.

Beləliklə, İngiltərə Premyer Liqasına yüksəlmək uğrunda pley-off finalında “Hull Siti” ilə “Midlsbro” üz-üzə gələcək. Qarşılaşma mayın 23-də keçiriləcək.

Qeyd edək ki, “Sauthempton”un yeni mövsümə -4 xalla başlayacağı da açıqlanıb.