![İkardi "Yuventus"a keçir?](https://ww3.apasport.az/storage/news/2024/april/05/big/660fe6928db19660fe6928db1a1712318098660fe6928db17660fe6928db18.jpg)
Türkiyəli "Qalatasaray"ın forvardı Mauro İkardi növbəti transfer pəncərəsində "Yuventus"a keçməyəcək.
Apasport.az "TuttoSport"a istinadla xəbər verir ki, Turin klubu İkardini dəvət etməkdə maraqlı deyil və oyunçunun mümkün transferi ilə bağlı "Qalatasaray"la heç vaxt əlaqə saxlamayıb.
Bu mövsüm 31 yaşlı argentinalı bütün turnirlərdə 39 matçda meydana çıxıb, 24 qol vurub və 11 məhsuldar ötürmə edib. İkardinin "Qalatasaray"la hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalının mütəxəssisləri forvardın dəyərini 18 milyon avro olaraq qiymətləndirirlər.
- Fransa İngiltərəni məğlub edib, yarımfinala çıxdı - YENİLƏNİB
- “Liverpul” türkiyəli futbolçu ilə maraqlanır
- 35 il əvvəl Xankəndidə futbol oynamış jurnalist: "Ermənilərlə möhkəm dava düşmüşdü" - VİDEO
- Taekvondoçularımız Prezident Kubokunda mübarizə aparacaqlar
- "Trabzonspor" rəhbərliyi 0:5 uduzan məşqçi barədə qərar verdi