"Globe Soccer Awards"ın 2025-ci ilin ən yaxşı klubu mükafatına namizədlərin yekun siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə "Globe Soccer Awards" sosial media hesabında paylaşım edib.
Mükafat uğrunda "Liverpul", PSJ, "Flamenqo", "Barselona" və "Çelsi" mübarizə aparacaq.
"Globe Soccer Awards" futbolda ən böyük nailiyyətləri qiymətləndirən illik mükafatlandırma mərasimidir. Müxtəlif kateqoriyalar üzrə qaliblər səsvermə yolu ilə müəyyən edilir.
Ötən il bu mükafatı "Real" qazanıb. 2024-cü ildə Madrid klubu İspaniya çempionatını və Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb.
- Gimnastlara xatirə medalları təqdim olundu - FOTOLENT
- "Neftçi" mövsümdə ilk qələbəsini belə qazandı - VİDEO
- Arif Əsədov: "Çalışacam göstərək ki, bizim də yaxşı yerli məşqçilərimiz var"
- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Rauf Əliyev: “Belçika ilə matçda da futbolçularımız bunu etməlidirlər” - MÜSAHİBƏ