PSJ-nin baş məşqçisi Luis Enrike klubun transfer siyasəti barədə danışıb.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının oyun modelinə uyğun futbolçu tapmağın çətin olduğunu bildirib:
“Hazırda bir çox futbolçu PSJ-yə keçmək istəyir. Lakin tələblərimizə həqiqətən cavab verən oyunçuları tapmaq çox çətindir. Bir çoxunda bizim oyun modelimiz üçün lazım olan keyfiyyətlər yoxdur.
Hər futbolçunun komandaya qoşulması üçün ciddi iş görülür. PSJ-də bütün tərəflərlə danışıqlar aparmaq üçün ən yaxşı mövqedəyəm. Amma bu barədə yalnız transfer pəncərəsi bağlandıqdan sonra danışa bilərəm”.
- "Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
- "Formula 2" üzrə sərbəst yürüşün qalibi müəyyənləşib
- Futbolun İnkişaf Fondunun əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər edib
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Dembelenin PSJ-yə lazım olmamasının SƏBƏBİ