İngilis futbolçulardan 35 minlik gecə
20.10.2023 - 00:57
![İngilis futbolçulardan 35 minlik gecə](https://ww3.apasport.az/storage/news/2023/october/20/big/653193313e6c6653193313e6c71697747761653193313e6c4653193313e6c5.jpg)
İngiltərə yığmasının üzvləri AVRO-2024-ün final mərhələsinə vəsiqəni xüsusi qeyd ediblər.
Apasport.az saytı xəbər verir ki, komandanın bəzi üzvləri gecə klubunda 35000 funt sterlinq xərcləyiblər.
Komandanın üzvləri Cek Qriliş, Ceyms Meddison, Trent Aleksandr-Arnold, Cud Bellingem və Lyuk Şou bu gecədə iştirak ediblər. Futbolçular gecə klubunda azarkeşləri müxtəlif içkilərə qonaq ediblər.
Qeyd edək ki, İngiltərə komandası İtaliyaya 3:1 hesabı ilə qalib gələrək, turnirin final mərhələsində oynamaq hüququ qazanıb.
0
0