İngiltərə klubu sahibini dəyişdi
18.07.2023 - 15:24

“Lids”in sahibi dəyişib.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
ABŞ-ın “49ers Enterprises” şirkəti Lids təmsilçisinin nəzarət səhm paketinə sahib çıxıb. Amerikalılar bunun üçün 200 milyon avro ödəyib.
Paraaq Marate klubun yeni rəhbəri olacaq. O, 2017-ci ildən klubun əsas sahibi olan Andrea Radritsanini əvəz edəcək.
Qeyd edək ki, “Lids” ötən mövsüm Premyer Liqada 19-cu yeri tutaraq Çempionşipə yuvarlanıb.
- "Qəbələ"nin daha bir üzvü "Araz-Naxçıvan"da
- “Qızıl top”u qazanan 5-ci fransalı: “Ronaldonun ayrılığı mənə motivasiya verdi”
- Çempionlar Liqasının finalı Gürcüstanda keçirilə bilər
- Yığmamızın sabiq legioneri: “Milliyə oynamaq istəyənləri çağırmaq lazımdır” - MÜSAHİBƏ
- "Şamaxı" müdafiəçi ilə müqavilə imzaladı
0
0