İngiltərə millisində Saka problemi
10.10.2023 - 12:37
![İngiltərə millisində Saka problemi](https://ww3.apasport.az/storage/news/2023/october/10/big/65250938d42fe65250938d42ff169692600865250938d42fc65250938d42fd.png)
İngiltərə millisinin hücumçusu sıradan çıxıb.
Apasport.az xəbər verir ki, “Arsenal”ın 22 yaşlı futbolçusu Bukayo Saka qarşıdaki 2 oyunda milliyə kömək edə bilməyəcək.
O, zədə səbəbindən oktyabrın 13-də Avstraliya ilə yoldaşlıq oyununda və ayın 17-si Avropa çempionatının seçmə mərhələsinin İtaliya ilə qarşılaşmalarında forma geyinməyəcək. Forvardın nə vaxt meydançaya qayıdacagı bəlli deyil.
Qeyd edək ki, Saka Premiyer Liqanın “Arsenal” – “Mançester Siti” (1:0) matçında zədə alıb.
0
0