İnsinye İtaliyaya qayıdır
08.01.2025 - 13:53
“Toronto”nun vingeri Lorenso İnsinye İtaliya çempionatına qayıda bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli”nin keçmiş futbolçusu tezliklə klubunu dəyişəcək. O, A Seriyasına qayıtmaq arzusundadır.
İnsinyenin xidməti “Monza”ya təklif olunub. 33 yaşlı futbolçunun nümayəndələri hazırda mümkün müqaviləni nəzərdən keçirən klubun rəhbəri Adriano Qalliani ilə yaxşı münasibətdədir. O, 2022-ci ilin yayında “Napoli”dən “Toronto”ya keçib.
İtaliyalı futbolçu MLS klubunda 63 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə edib.
- Rafinya Kimdir? "Bavariya"ya Qarşı Het-Trik Edən 4-cü Hücumçu
- II Liqa: XXIV turun oyun cədvəli müəyyənləşib
- Conatan Benteke: "Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm" - MÜSAHİBƏ
- Dmitri Klots: “Əgər kimsə Azərbaycana getmək istəsə...”
- AMADA-nın təşkil etdiyi beynəlxalq müsabiqəyə yekun vurulub
0
0