“İnter” braziliyalı müdafiəçi ilə yeni müqavilə imzalayacaq
07.11.2025 - 15:15
“İnter” müdafiəçisi Karlos Auqustonun müqaviləsinin müddətini uzatmaq üzrədir.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun hazırkı sözləşməsinin müddəti 2028-ci ilə qədər qüvvədə olsa da, yeni anlaşma 2030-cu ilə kimi nəzərdə tutulacaq. Müdafiəçi yeni müqavilə ilə yanaşı, maaş artımı da alacaq.
26 yaşlı futbolçu cari mövsümdə milanlıların heyətində 12 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
“İnter” A Seriyasının 11-ci turunda, noyabrın 9-da “Latsio”nu qəbul edəcək.
- "Bavariya" prezidenti: "Mövsümü Tuxellə başa vurmaq istəyirik"
- Sambo üzrə növbəti dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib
- “Viktoriya”nın baş məşqçisi: “Qarabağ”la yox, “Ferensvaroş”la oynamaq istərdim”
- “Sabah”ın stadionunda işıqlar söndü, oyun dayandırıldı
- Mehriban Əliyevadan "Qarabağ" – "Qalatasaray" oyunu ilə bağlı paylaşım - VİDEO
0
0