“İnter”də yeni müqavilə
15.11.2024 - 19:26
![“İnter”də yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2024/november/15/big/6737682164c916737682164c9217316843856737682164c8f6737682164c90.jpeg)
"İnter" futbolçusu Yan Bissek ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, onunla müqavilə müddəti artırılıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Müdafiəçi 2029-cu ilə qədər Milan təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Bissek 2023-cü ildən "İnter"in şərəfini qoruyur.
0
0