“İnter”dən Dzeko qərarı
13.05.2023 - 16:23
Edin Dzekonun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, “İnter” bosniya və herseqovinalı hücumçu ilə müqaviləni uzadacaq.
Bu barədə qərarı klub rəhbərliyi verib. 37 yaşlı forvardla yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Lakin yeni müqavilədə onun maaşı azaldılacaq. Hazırda 5,5 milyon avro və 1 milyon bonus qazanan Dzekoya 4 milyonluq anlaşma təklif edilib. O, əlavə 1 milyon bonus da qazana bilər.
Qeyd edək ki, Dzeko 2021-ci ildən “İnter”də çıxış edir.
- Sumqayıtın futbolçusu: "Ümid edirik ki, azarkeşlər hər oyun stadionu dolduracaq" -Müsahibə
- “Mançester Siti”nin sağ cinah müdafiəçisi “Arsenal”la oyunu buraxa bilər
- Noyer: "İkardini saxlamalıyıq"
- Milli komandanın üzvü "Ordu"da
- Qurban Qurbanov: “Böyük klubların bizə ciddi yanaşması sevindirici haldır”
0
0