![Jiru "Milan"da xoşbəxtdir](https://ww3.apasport.az/storage/news/2024/january/26/big/65b371f39427265b371f394273170625893165b371f39427065b371f394271.webp)
“Milan"da hər şey ürəyimcədir”.
Apasport.az xəbər verir ki, “Milan” klubunun hücumçusu Olivye Jiru komandadan gedəcəyi ilə bağlı söz-söhbətlərə son qoyub.
37 yaşlı hücumçu İtaliyada oynadığı üçün özünü yaxşı hiss etdiyini bildirib: “İtaliyada və “Milan"da oynadığım üçün çox xoşbəxtəm. Mən də tez-tez mətbuatda ABŞ-a gedəcəyimlə bağlı xəbərlər oxuyuram. Bəlkə də bir neçə ildən sonra bu, mümkün olar. Ancaq bu gün üçün Amerikaya köçməyə ehtiyac yoxdur”.
Qeyd edək ki, 2021-ci ildən “rossonieri”nin şərəfini qoruyan Fransa millisinin üzvü bu mövsüm iştirak etdiyi 25 oyunda aktivinə 11 qol və 8 məhsuldar ötürmə yazdırıb.