Jozef Blatter və Mişel Platiniyə korrupsiya işi üzrə bəraət verildi
08.07.2022 - 12:23

FIFA-nın keçmiş prezidenti Jozef Blatter və UEFA-nın sabiq rəhbəri Mişel Platini korrupsiya işi üzrə bəraət alıb.
Apasport.az saytının məlumatına görə, bu qərarı İsveçrə Federal Məhkəməsi verib.
Ötən ilin noyabrında federal prokurorlar onları ittiham etmiş, FIFA tərəfindən Platiniyə qeyri-qanuni şəkildə 2 milyon İsveçrə frankı ödənildiyi iddia olunmuşdu. Onların 18 aylıq şərti həbs cəzası tələbi qəbul edilməyib.
Bellinzona şəhər məhkəməsi sabiq futbol funksionerlərinin bəraətinə qərar verib.
- Qadın cüdo millimiz niyə "Böyük Dəbilqə"lərdə iştirak etmir?
- AFFA Hakimlər Komitəsi "Sumqayıt" klubunun üzvləri üçün seminar keçirib
- “Futbolçular çox epizoda qeyri-ciddi yanaşırdılar“ - Qurban Qurbanov
- Kuansa "Bayer"ə, Qomez zədəli, Konate gedir: "Liverpul" müdafiəçi axtarışında
- Poqbanın futbol həyatı təhlükədə
0
0