Jüst Fonten 89 yaşında vəfat etdi
01.03.2023 - 14:27
Futbol əfsanəsi Jüst Fonten vəfat edib.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin sabiq hücumçusu 89 yaşında ölüb.
DÇ-1958-də 13 qol vuran Fonten dünya çempionatları tarixinin rekordçusudur. O, bir müundialda ən çox qol vuran oyunçudur.
Fonten karyerası ərzində Mərakeşdə “Kasablanka”, Fransada “Nitsa” və “Reyms”in formasını geyinib. O, 4 dəfə Fransa çempionu, 2 dəfə kubokun, 2 dəfə Superkubokun sahibi olub. 2 dəfə Liqa1-in bombardiri adını qazanan əfsanə millidəki 21 matçda 30 dəfə fərqlənib.
Qeyd edək ki, Fonten DÇ-1958-in bombardiri və bürünc mükafatçısıdır.
- Formula 1 Azərbaycan Qran Prisi: Sürət həvəskarları Pit zolağı gəzintisində - FOTO
- Polşa millisinin üzvü “Yuventus”da
- "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"ın Avropa matçlarının hakimləri açıqlanıb
- Bakıda qol vuran hücumçu “Qarabağ”ın TRANSFER SİYAHISINDA
- Kaxaber Tsxadadze: “Danışacaq nəsə yoxdur”
0
0