Karlo Ançelottidən unikal nailiyyət
30.01.2025 - 17:17
![Karlo Ançelottidən unikal nailiyyət](https://ww3.apasport.az/storage/news/2025/january/30/big/679b7c1563b6d679b7c1563b6e1738243093679b7c1563b6b679b7c1563b6c.webp)
"Real"ın baş məşqçisi Karlo Ançelotti klub tarixinin rekordunu təkrarlayıb.
Apasport.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Real" Ançelottinin rəhbərliyi altında 71-ci ÇL matçına çıxıb. Bu, Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda "Brest"lə oyuna (3:0) təsadüf edib.
Beləliklə, klub rekordunu təkrarlayıb.
Daha əvvəl İspaniya təmsilçisi Miqel Munyosun (1959, 1960-1974-cü illər) baş məşqçiliyi altında Çempionlar Liqasında 71 görüş keçirmişdi.
Qeyd edək ki, "Real" Liqa mərhələsinin sıralamasında 11-ci yeri tutaraq pley-offa adlayıb.
0
0