Karson: bir oyuna iki kubok
11.06.2023 - 14:05
“Mançester Siti”nin qapıçısı Skott Karson ikinci dəfə Çempionlar Liqasının qalibi olub.
Apasport.az saytı xəbər verir ki, o, mövsümdə turnirin heç bir oyununda meydana çıxmadan bu uğuru əldə edib.
Karson ilk titulunu 2005-ci ildə “Liverpul”da oynayarkən qazanıb. Həmin mövsümdə Skott yalnız bir görüşdə komandasının qapısını qoruyub. 37 yaşlı “Mançester Siti” ilə Çempionlar Liqasında cəmi 18 dəqiqə meydanda olub. Bu, ötən mövsümdə “Sportinq”lə oyuna təsadüf edib.
Qeyd edək ki, Karsonun hər iki qələbəsi İstanbuldakı finalda qeydə alınıb.
- Qızlarımız İsveçrədən 8 cavabsız qol buraxdı - YENİLƏNİB
- Azərbaycanın daha 2 boksçusu dünya çempionatında 1/8 finala vəsiqə qazanıb
- Ulu Öndərin xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibi bəlli olub - FOTO
- "Şamaxı"nın qapıçısı: "Fernandu Santuş Azərbaycan xalqını sevindirəcək, səbirli olmaq lazımdır"
- Millimizin baş məşqçisi Emre Belözoğlu ilə görüş keçirib
0
0