66-cı dəfə ilin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Kərim Benzema yiyələnib.
2022-ci ilin qalibinin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdə “Real”ın fransalı hücumçusu mükafatına qovuşub. Ona mükafatı keçmiş baş məşqçisi, əfsanəvi fransalı Zinəddin Zidan təltif edib.
“France Football”ın səsverməsində “Bavariya”nın seneqallı forvardı Sadio Mane 2-ci, “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne isə 3-cü olub. Bu “üçlük”lə yanaşı, namizədlər sırasında olan “Barselona”nın polşalı hücumçusu Robert Levandovski 4-cü yeri tutub.
Qeyd edək ki, 1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-15-ci illərdə FIFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb.
- Abdullah Avcı Kimdir? Azərbaycan Millisinin Baş Məşqçisi Postuna Namizədin Həyat Yolu
- Qurban Qurbanovun qardaşı: "Dedi ki, gəl, səni "Qarabağ"a baş məşqçi qoyaq" - MÜSAHİBƏ
- A Seriyasının 3 klubu "Bolonya"lı ilə maraqlanır
- “Mançester Yunayted”dən 20 yaşlı hücumçu ilə 5 illik müqavilə
- Yankoviçlə daha iki il – yeni müqavilə