“Bavariya”nın hücumçusu Harri Keyn 2025/26 mövsümündə Avropanın ən yaxşı bombardiri kimi “Qızıl buts” mükafatına layiq görüləcək.
Apasport.az xəbər verir ki, ingiltərəli futbolçuya mükafat avqustun 19-da Bavyera təmsilçisinin muzeyində təqdim olunacaq.
33 yaşlı forvard ötən mövsüm Bundesliqada 36 qol vurub. Keyn iki il əvvəl də eyni sayda qolla “Qızıl buts”un sahibi olmuşdu.
Bununla da o, karyerasında ikinci dəfə bu mükafatı qazanan futbolçular sırasına qoşulub.
Qeyd edək ki, “Qızıl buts”u Harri Keyndən daha çox yalnız Lionel Messi və Kriştianu Ronaldu qazanıblar. Messi mükafata 6, Ronaldu isə 4 dəfə sahib çıxıb.