Kloze İtaliyaya qayıda bilər
19.05.2026 - 21:26
Almaniya II Bundesliqa təmsilçisi “Nürnberq”ə rəhbərlik edən Miroslav Kloze İtaliyaya qayıda bilər.
Apasport.az xəbər verir ki, “Latsio” 47 yaşlı mütəxəssisi komandaya gətirmək niyyətindədir.
Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Roma təmsilçisi Mauritsio Sarrinin işindən narazıdır və mövsümün sonunda onunla yollarını ayırmağı planlaşdırır.
Qeyd edək ki, Kloze futbolçu karyerası ərzində 2011–2016-cı illərdə “Latsio”nun formasını geyinib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- "Sumqayıt" futbolçusu ilə müqaviləni yeniləmədi
- “Mançester Yunayted” 60 milyona futbolçu alır
- "Vüqar Həşimov" Avropa Kubokunda İsrail klubu ilə qarşılaşacaq
- Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
0
0