“Qalatasaray”ın müdafiəçisi İsmail Yakobs Seneqal millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Yakobs qərarını klub karyerasına və ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə əsaslandırıb.
“Milli komandaya gənc bir oğlan kimi gəldim, indi isə yetkin bir insan olaraq vidalaşıram. Geridə unudulmaz xatirələr, ömürlük dostluqlar və qəlbimdə əbədi yaşayacaq minnətdarlıq hissi qoyuram.
Almaniyada böyüsəm də, Seneqal məni böyük sevgi ilə qarşıladı. Bu ölkə, azarkeşlər, komanda yoldaşlarım və mədəniyyəti sayəsində qısa müddətdə özümü evimdəki kimi hiss etdim.
Seneqallı atanın oğlu olaraq təkcə öz arzumun deyil, atamın da arzusunun gerçəkləşməsi mənim üçün xüsusi məna daşıyırdı.
İstər yoldaşlıq görüşlərində, istər seçmə mərhələlərdə, istərsə də Afrika Millətlər Kuboku və dünya çempionatında ölkəmi təmsil edərkən həmişə bütün gücümü ortaya qoydum. Qazandığımız kuboklarla və uğurlarla fəxr edirəm.
İndi həyatımda yeni səhifə açmağın vaxtıdır. Klub karyerama diqqət yetirmək, özümə və ailəmə daha çox vaxt ayırmaq istəyirəm. Çünki zaman çox dəyərlidir və bəzi anlar bir daha geri qayıtmır.
Millidəki yolum başa çatsa da, bu ölkə ilə bağım heç vaxt qırılmayacaq. Seneqal mənə çox şey verdi. Ümid edirəm ki, gələcəkdə futbol meydanından kənarda da bu ölkəyə faydalı ola biləcəyəm.
Hər şey üçün təşəkkür edirəm. Seneqaldən heç vaxt imtina etməyəcəyik”.
Qeyd edək ki, Almaniyada dünyaya gələn İsmail Yakobs 2022-ci ildən Seneqal millisinin formasını geyinirdi. O, 2022-ci il dünya çempionatında da iştirak edib.
- “Sportinq”dən möhtəşəm geridönüş, “Arsenal” və “Real” 1/4 finalda - YENİLƏNİB
- Pavloviçdən maraqlı etiraf: Kurasao adlı ölkəni tanımırdım
- Voleybolçularımızdan AÇ təsnifatında uğursuz çıxış
- Yığmamız yenə məğlub oldu: 7 QOL BURAXDI
- Rusiya və Belarusun Bakıdakı dünya çempionatında iştirakına icazə verilib