Leon Beyli "Hall Siti"yə doğru: Prezident açıqladı
30.07.2026 - 17:33
İngiltərənin "Hall Siti" klubu Leon Beylinin transferini başa çatdırmağa yaxındır.
Apasport.az xəbər verir ki, bunu klubun sahibi Acun Ilıcalı açıqlayıb.
Türkiyəli iş adamı Yamayka millisinin üzvünün keçidinin qısa müddətdə yekunlaşacağını bildirib:
"Leon Beylinin transferi yaxın zamanda nəticələnəcək".
Qeyd edək ki, 28 yaşlı cinah hücumçusu hazırda İngiltərənin "Aston Villa" klubuna məxsusdur.
O, ötən mövsüm bütün turnirlərdə 39 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
0
0