Levandovski: "Messi "Barselona"ya geri dönsə, möhtəşəm olar"
11.04.2023 - 21:46
"Barselona"nın hücumçusu Robert Levandovski komandaya qayıdacağı gündəmdə olan PSJ-nin futbolçusu Lionel Messi haqda danışıb.
Apasport.az xəbər verir ki, polşalı forvard 35 yaşlı futbolçunun Kataloniyaya dönüşünü çox istədiyini deyib:
"Messi həmişə "Barselona"ya aid olub. Geri dönsə, möhtəşəm olar. Bura onun evidir. Ümid edirəm ki, növbəti mövsümdə "Barselona"da birlikdə oynayarıq".
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda bitir. Argentinalı futbolçunun "Barselona"ya qayıdacağı haqda xəbərlər çoxalmaqdadır.
- Azərbaycan komandası Dünya Kubokunda final mərhələsinə vəsiqə qazandı
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ
- Veşoviç: “Lex”lə oyun asan olacaq”
- Üç güləşçimiz yarımfinalda
- "Araz Naxçıvan" - "Sumqayıt" oyunu bərabərliklə bitdi-yenilənib
0
0