Levandovski sərvət dəyərində təklifi rədd etdi
25.03.2024 - 09:37
![Levandovski sərvət dəyərində təklifi rədd etdi](https://ww3.apasport.az/storage/news/2024/march/25/big/66010a7b5f20966010a7b5f20a171134425166010a7b5f20766010a7b5f208.jpg)
"Barselona"nın təcrübəli hücumçusu Robert Levandovski növbəti dəfə ərəb klublarının radarına düşüb.
Apasport.az xəbər verir ki, daha əvvəl də təkliflər alan polşalı hücumçuya növbəti dəfə təklif gəlib .
İspan mətbuatında yer alan xəbərə görə, hücumçuya 100 milyon avrodan çox məbləğ təklif edilib, lakin Levandovski bunu rədd edib.
Qeyd edək ki, polşalı hücumçu daha əvvəl "Barselona"da xoşbəxt olduğunu bildirmişdi.
0
0