“Lill”in futbolçusu Premyer Liqa yolunda
06.03.2025 - 01:29
"Lill"in forvardı Conatan Deyvid yayda komandanı tərk edə bilər.
Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, kanadalı hücumçu ilə "Arsenal" yaxından maraqlanır.
"Topçular" David üçün "Lill"ə təzminat da ödəməyəcək. Buna səbəb isə forvardın Fransa klubu ilə müqavilə müddətinin mövsümün sonunda başa çatmasıdır.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm "Lill"in heyətində iştirak etdiyi 38 rəsmi matçda 21 qol, 10 assistlə yadda qalıb.
- “Kəpəz”in kapitanı: “Bundan sonra nəsə demək gecdir” - MÜSAHİBƏ
- "Fənər"in futbolçusu vətəninə qayıda bilər
- Belçika Federasiyası FIFA-ya etiraz etdi - Baloqun qərarı mübahisə yaratdı
- Rəcəbov “Top-10”da, Məmmədyarov gerilədi – FİDE reytinqi
- Azərbaycan parakarateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
0
0