Lionel Messi: “Barselona”ya qayıtmağım alınmadı”
04.11.2023 - 15:24
“Barselona"ya qayıda bilərdim, amma alınmadı”.
Apasport.az xəbər verir ki, bunu "İnter Mayami"nin hücumçusu Lionel Messi deyib.
Argentinalı futbolçu "Barselona"ya qayıdışının alınmamasına aydınlıq gətirib: “Bu, 2021-ci ildə getməli olduğum yola bənzəyirdi. “Barselona”ya qayıtmaq, karyeramı orada bitirmək barədə düşünürdüm. Həmişə istədiyim kimi idi. Amma... Bu, qeyri-mümkün idi”.
Qeyd edək ki, 36 yaşlı hücumçu 2003-cü ildən 2021-ci ilə qədər kataloniyalıların heyətində çıxış edib.
- UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub
- DÇ-2034-ə iki iddiaçı
- Premyer Liqa klubunun gözü “Ayaks”ın müdafiəçisində
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- "Mançester Siti" rekord gəlir əldə edib
0
0