"Liverpul" komandaya yeni baş məşqçi axtarır.
Apasport.az xəbər verir ki, "Bayer"in baş məşqçisi Xabi Alonsonun "Liverpul"a yox, "Bavariya"ya keçməyə üstünlük verdiyi barədə məlumatlar ortaya çıxmışdı.
Jurnalist Ekrem Konurun sosial şəbəkələrdə verdiyi məlumata görə, "Liverpul" Xabi Alonso ilə yeni danışıqlar aparacaq. Klopp gedəndən sonra “Enfild”də komandanın "sükanı arxasında" görmək istədikləri məhz ispaniyalı olduğu açıq-aydın görünür.
"Liverpul" növbəti matçını bazar günü, martın 31-də "Brayton"a qarşı keçirəcək.
Qeyd edək ki, yanvarda Yurgen Klopp mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.
- Avropa Liqası: "Beşiktaş" 6 qolluq səfər görüşündən üstünlüklə qayıdır
- AFFA "Turan Tovuz"u yenə cərimələdi
- Şübhəli qutu “Tuluza” – “Nant” oyununun startını gecikdirdi
- Aleksandr Çertoqanov: "Yəqin ki, bizim dövrümüzdə də danışılmış oyunlar olub" - "Ofsayd"
- Futbol klubundan zəlzələ qurbanlarına təsirli jest - FOTO