"Liverpul"un hücumçusu "Arsenal"a keçə bilər
22.03.2025 - 17:23
"Liverpul"un hücumçusu Dioqo Jota Mersisayd klubunu tərk edə bilər.
Apasport.az "Football Insider" portalına istinadla xəbər verir ki, “qırmızılar”ın rəhbərliyi portuqaliyalıya yeni müqavilə təklif etmək fikrində deyil.
Bu səbəblə, Jota karyerasını başqa bir Premyer Liqa klubunda davam etdirə bilər.
Londonun "Arsenal" klubu 28 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Futbolçunun transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir. Dioqo cari mövsümdə "Liverpul"un heyətində 29 matçda iştirak edib. Hücumçu 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçildi
- Millimizin qapıçısı: “İstənilən yığma ilə mübarizə aparacaq gücdəyik”
- Avropa nəhəngləri 18 yaşlı yarımmüdafiəçi üçün mübarizə aparır
- Portuqaliya dünya çempionu olsa, Ronaldo karyerasını bitirəcək
- “Zirə” mümkün rəqiblər arasında ən çətinlərindən biri idi”
0
0