Lopeteqi İngiltərə klubunu tərk edə bilər
07.01.2025 - 13:22
İspaniyalı baş məşqçi Xulen Lopeteqi “Vest Hem”dən ayrıla bilər.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi təcrübəli çalışdırıcının işindən narazıdır.
Komandanın "sükan"ı arxasında keçirdiyi 22 rəsmi qarşılaşmada cəmi 7 qalibiyyət alan Lopeteqi, rəhbərliyin etimadını doğrulda bilməyib.
Hazırda baş məşqçi axtarışlarını davam etdirən İngiltərə təmsilçisinin prioriteti “Çelsi”nin sabiq baş məşqçisi Qraham Potterdir.
Qeyd edək ki, 20 turdan sonra “Vest Hem” İngiltərə Premyer Liqasında 23 xalla turnir cədvəlində 14-cü sırada qərarlaşıb.
- “Real” Fransa millisinin üzvündən imtina edib
- 15 yaşlı ağırlıqqaldıranımız İslamiadada 3 bürünc qazanıb - FOTO - YENİLƏNİB
- Millimizin Bakıda təlim-məşq toplanışı baş tutacaq
- Karate federasiyasının Gəncədəki məşqçilərlə görüşü keçirilib
- Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib
0
0