Niderland millisinin və "Barselona"nın futbolçusu Memfis Depay "Atletiko" ilə müqavilə imzalayıb.
Apasport.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
"Barselona"nın mətbuat xidmətinin məlumatına görə, transferin dəyəri 3+1 milyon avro təşkil edir. Sövdələşməyə "Atletiko"nun vinqeri Yanik Karaskonun kataloniyalılar tərəfindən alınması variantı da daxildir.
Qeyd edək ki, bu mövsüm Memfis Depay "Barselona"nın heyətində bütün yarışlarda 4 matça çıxıb və 1 qol vurub. Ümumilikdə o, meydanda 206 dəqiqə keçirib. 28 yaşlı futbolçu daha əvvəl PSV, "Mançester Yunayted" və "Lion"da çıxış edib.
- "Sabah" üçün çətin oyun olacaq, "Makkabi" İsrailin ən böyük komandasıdır"
- “İdmançılarımızın Olimpiyadadakı uğurları daim yaddaşlarda qalacaq” -MOK
- “Valensiya”da yeni baş məşqçi – Xavyer Aqirre yenidən İspaniyada
- Yeliz Açar: "Bu mənə matçın fantastikasını yaşamağa imkan verir" - Müsahibə
- NHL əfsanəsi vəfat edib